Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyası başlayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətindən APA-nın yerli bürosuna verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 1.5-ci maddəsinə əsasən Ali Məclisin payız sessiyası oktyabrın 2-si saat 11:00-da öz işinə başlayacaq.
Ali Məclisin payız sessiyasının ilk iclasında 2023-cü il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi, “Normativ-hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər, Ali Məclisin İntizam Komissiyasının tərkibində dəyişikliklər və digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.
Sessiyanın iclasında Ali Məclisin deputatları və dövlət mətbuat orqanlarının nümayəndələri iştirak edəcəkdir.