Naxçıvan Qaz İstismar Xidmətinin yeni ştatı təsdiqlənib, müavinlərin sayı artırılıb

Naxçıvan Qaz İstismar Xidmətinin yeni ştatı təsdiqlənib, müavinlərin sayı artırılıb
# 02 dekabr 2023 17:37 (UTC +04:00)

"Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2019-cu il 8 noyabr tarixli 182-V FR nömrəli Fərmanında dəyişiklik edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov Fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin işçilərinin say həddi cəmi 603 ştat vahidi olmaqla, Aparat üzrə 194 ştat vahidi, yerli idarələri üzrə 409 ştat vahidi həddində müəyyən edilib.

“Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti haqqında Əsasnamə”də edilən dəyişikliklə isə bu qurumda artıq bir deyil, iki müavin olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR