Publik hüquqi şəxslərin sayının çox olması texniki məsələdir.
APA xəbər verir ki, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, publik hüquqi şəxslərin bir çoxu dövlət büdcəsindən vəsait alırlar: “Təhsil sahəsində aparılan islahatlar publik hüquqi şəxslərin çox olmasını şərtləndirir. Büdcədə göstərilən publik hüquqi şəxslər o şəxslərdir ki, dövlətin müəyyən sifarişlərini həyata keçirir və buna görə dövlətdən ödəniş alır. Səhiyyə müəssisələrin çoxu publik hüquqi şəxsə çevrilir”.