Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli müşahidəçilərin sayı açıqlanıb

Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli müşahidəçilərin sayı açıqlanıb
# 08 avqust 2024 17:44 (UTC +04:00)

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar indiyədək qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.

APA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər ümumilikdə 38744 yerli müşahidəçi qeydə alınıb.

Onlardan MSK-da qeydə alınan müşahidəçilərin sayı 5621, dairə seçki komissiyalarında (DSK) qeydə alınan müşahidəçilərin sayı 33 123 nəfərdir.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR