Bank Of Baku

Parlamentdə deputatların ofis məsələsi qaldırılıb

Parlamentdə deputatların ofis məsələsi qaldırılıb
# 27 noyabr 2024 13:52 (UTC +04:00)

Deputat Gülşən Paşayeva Milli Məclisin plenar iclasında yeni seçilmiş deputatların yer (ofis) problemini qaldırıb.

APA-nın xəbərinə görə, Gülşən Paşayeva diqqətə çatdırıb ki, deputatları icra hakimiyyəti orqanları ofislə təmin etməlidir: “Amma bu məsələ hələ də həll olunmayıb”.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, yeni seçilmiş deputatlar üçün seçildikləri dairələrdə deputat otaqları fəaliyyət göstərir.

O qeyd edib ki, rayon icra hakimiyyətlərində də istənilən iclasın keçirilməsi üçün yerlər mövcuddur.

Deputat Elşad Musayev bildirib ki, Siyavuş Novruzov deyən yerlər ancaq YAP deputatlarına verilib, onlara yox: “Xahiş edirəm bizim yer problemimiz həllini tapsın”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR