Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb.
APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, MSK-da 242, dairə seçki komissiyalarında 14 281 yerli müşahidəçi qeydiyyatdan keçib.