Prezidentin köməkçisi: Müxtəlif münaqişələrdən çıxan xalqımız üçün bu günlər çox önəmlidir

Prezidentin köməkçisi: Müxtəlif münaqişələrdən çıxan xalqımız üçün bu günlər çox önəmlidir
# 02 oktyabr 2023 10:23 (UTC +04:00)

Müxtəlif münaqişələrdən çıxan xalqımız üçün bu günlər çox önəmlidir.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda ilk dəfə keçirilən Ümumdünya Məskunlaşma Günü ilə bağlı tədbirdə deyib.

"İşğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işləri aparılır. Biz sürətli, keyfiyyətli tikinti təcrübəmizi paylaşmaqda qətiyyətliyik. "Ağıllı kənd" layihələrimiz buna bariz nümunələrdir", - o əlavə edib.

Şahmar Mövsümov deyib ki, bu cür tədbirin Bakıda keçirilməsi önəmlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR