Bank Of Baku

Rəis müavini: Amnistiya aktının təsir dairəsinə 20 minədək şəxs düşüb

Orxan Qasımov

© APA | Orxan Qasımov

# 22 dekabr 2025 11:11 (UTC +04:00)

Bu günə kimi 70-dən çox əfv sərəncamı imzalanıb, 12 Amnistiya aktı qəbul edilib. Bu gün icra edilən 13-cü amnistiya aktıdır.

APA xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəis müavini, ədliyyə general-mayoru Orxan Qasımov Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktının 4 saylı (qadınlar üçün nəzərdə tutulan) cəzaçəkmə müəssisəsində icrası zamanı deyib.

O qeyd edib ki, Amnistiya aktının təsir dairəsinə 20 minədək şəxs düşüb: “Bu tədbirlər ölkədə hüquq sisteminin gücləndiriməsinə xidmət edir. Hazırkı Amnistiya aktı Ədliyyə Nazirliyi tərəfindən operativ və sürətli şəkildə icra olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR