Bank Of Baku

Sabah MSK-nın iclası keçiriləcək, Ramil Həsənin deputat fəaliyyətinə xitam veriləcək

Ramil Həsən

© APA | Ramil Həsən

# 14 oktyabr 2025 13:20 (UTC +04:00)

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

APA-nın xəbərinə görə, iclasda Ramil Həsənin deputat fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələ müzakirə olunacaq.

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib.

Ramil Həsən APA-ya açıqlamasında vəzifəsinin icrasına sabah - oktyabrın 15-dən etibarən başlayacağını bildirib.

Xatırladaq ki, bundan əvvəl TÜRKPA Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya Er tutub. Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA Baş katibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR