Səbail rayonu Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib.
Təşkilatdan APA-ya verilən xəbərə görə, yığıncaq zamanı səsvermə keçirilərək Həmkarlar İttifaqı Komitəsi və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.
RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Həsənov Seymur Qadir oğlu Səbail rayonu Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçilib.