Bank Of Baku

Siyavuş Novruzov Zahid Orucun 4-cü Respublika barədə fikirlərinə aydınlıq gətirməsini istəyib

Siyavuş Novruzov

© APA | Siyavuş Novruzov

# 20 oktyabr 2023 12:16 (UTC +04:00)

“Zahid Oruc bizi məlumatlandırsın ki, hansı parametrə uyğun 4-cü Respublika qurulduğunu deyir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, bu, dövlət üçün vacib məsələdir: “Tarix birdir, tarixi inkişaf etdirən də birdir, ərazini işğaldan azad edən bəllidir. 1918-1920, 1920-1991 və 1991-ci ildə müstəqilliyin bərpa edilməsi, bununla 3 oldu. Dördüncü Respublika nə vaxt qurulub? Onu görən olubmu harada, nə vaxt və hansı formada quruldu? Odur ki, hörmətli Zahid müəllim deputatları bu məsələ barədə məlumatlandırsın. Bu, dövlətimiz üçün vacibdir ki, sonra gedib başqaları bundan tarix düzəltməsin.

Bizim 4-cü Respublikamız hələ olmayıb. Mən heç arzu da etmirəm ki, 4-cü Respublikamız olsun. Çünki 3-cü Respublikamız var və torpaqlarımızı işğaldan azad edib”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, 4-cü Respublikanın Qələbə tarixini milli “Müstəqillik günü” kimi rəsmiləşdirməliyik. O bildirib ki, 1991-ci ildə Müstəqillik Bəyannaməsi qəbul ediləndə Xankəndi, Qarabağın inzibati ərazisinin 1/3-i Azərbaycanın nəzarətində deyildi: “Vətən müharibəsində qazanılan Zəfər millətimizə 20 sentyabr bütövlüyündən doğulan Yeni müstəqillik günü bəxş edib. Biz əvvəlki təqvimləri yeniləməli, 4-cü Respublikanın Qələbə tarixini milli “Müstəqillik günü” kimi rəsmiləşdirməli və əbədiləşdirməliyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR