Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazanaraq Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edib.
APA-nın xəbərinə görə, bunu növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.
Tahir Budaqov deyib ki, Azərbaycan xalqının rifahı naminə növbəti qərar qəbul edilməlidir: “Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin yaratdığı təməllər üzərində müstəqil, suveren Azərbaycanı qurub. Bu Zəfərin davamı növbəti seçkilərdən asılıdır”.