TASS: Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyan Ermənistandadır

Samvel Şahramanyan

© APA | Samvel Şahramanyan

# 04 oktyabr 2023 14:47 (UTC +04:00)

Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyan Ermənistandadır.

APA xəbər verir ki, bu barədə TASS Şahramanyana yaxın mənbələrə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, Şahramanyan Azərbaycan güc strukturları tərəfindən saxlanılmayıb və hazırda Ermənistandadır.

Şahramanyanın Ermənistanda olması barədə Bakı və İrəvandan hələlik rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək, Bakıya gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR