Bank Of Baku

TDT-nin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin iclasının iştirakçıları Heydər Əliyev Mərkəzində olub

TDT-nin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin iclasının iştirakçıları Heydər Əliyev Mərkəzində olub
# 07 sentyabr 2023 16:07 (UTC +04:00)

Sentyabrın 7-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, mərkəzdə qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən ekspozisiyalarla yaxından tanış olublar. Foto və videomateriallar vasitəsilə onlara ulu öndər Heydər Əliyevin mənalı həyat yolu haqqında maraqlı faktlar təqdim olunub.

Xalqımızın ən çətin və ağır günlərində onunla birlikdə olan Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən faktlar qonaqlarda dərin təəssürat yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR