Bank Of Baku

“Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi"nə icraçı direktor təyin olunub

“Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi"nə icraçı direktor təyin olunub
# 01 mart 2018 10:39 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 28 dekabr tarixli fərmanı ilə yaradılan İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Kiçik və Orta Sahibkarlığın “İnkişafı Agentliyinə icraçı direktor təyin olunub.

 

"APA-Economics"in məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayevin müvafiq əmri ilə bu vəzifəyə Orxan Məmmədov təyin olunub.

 

Orxan Məmmədov 1984 cü il iyul ayının 1 də Bakı şəhərində anadan olub.

O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. O.Məmmədov 2009-cu ildə Odlar Yurdu Universitetinin Biznes administrasiyası üzrə magistr dərəcəsini alıb. 2012-ci ildə Azərbaycan İqtisad Universitetində Maliyyə və Kredit üzrə ikinci təhsilini bitirib.

 

Əmək fəaliyyətinə 2006-cı ildən Sənaye və Energetika nazirliyində başlayan O.Məmmədov 2007-ci ilin mart ayından 2018-ci ilin fevral ayınadək İqtisadiyyat nazirliyində müxtəlif vəzifələrdə çalışıb, məsləhətçidən şöbə müdiri vəzifəsinə yüksəlib.

 

Evlidir, üç övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR