Bank Of Baku

Ağdaşda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışı olub - FOTO

Ağdaşda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışı olub - <span style="color: red;">FOTO
# 01 may 2014 14:10 (UTC +04:00)

Bakı-APA. Bu gün Ağdaşda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışı olub.

 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib.

 

Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendə baxıb. Məlumat verilib ki, uzunluğu 34 kilometr olan avtomobil yolunun əsaslı yenidən qurulmasına ötən ilin iyununda başlanılıb. Ləki-Pirəzə-Xınaxlı avtomobil yolu 11 yaşayış məntəqəsini birləşdirir və ümumilikdə 20 mindən çox əhaliyə xidmət göstərəcək.
 

Prezident yolun rəmzi açılışını bildirən lenti kəsib, yeni yolda avtomobili idarə edib.
 

Sonra prezident İlham Əliyev sakinlərlə görüşüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR