Bakı. Türbət Bağırova - APA. “Mən bir neçə dəfə Avropa parlamentinin üzvü olmuşam və bildirmək istəyirəm ki, tənqidlərin əksinə olaraq Azərbaycan bu seçkinin öhdəsindən layiqincə gəldi”.
APA-nın xəbərinə görə, bunu almaniyalı müşahidəçi Verner Münh bildirib.
O, 12 məntəqədə müşahidə apardığını və və heç birində problemin yaranmadığını bildirib.
“Heç bir məntəqədə qanunsuzluq görməmişəm”, - deyə almaniyalı müşahidəçi əlavə edib.