Bank Of Baku

Almaniyalı müşahidəçilər: "Azərbaycan bu seçkilərlə növbəti demokratik səviyyəyə addım atıb"

Almaniyalı müşahidəçilər: "Azərbaycan bu seçkilərlə növbəti demokratik səviyyəyə addım atıb"
# 02 noyabr 2015 08:52 (UTC +04:00)

Bakı. Nizam Rzayev – APA. Azərbaycanda keçirilən parlament seçkilərini izləmək üçün ölkəyə gələn Almaniya müşahidə qrupu seçkinin nəticələrinə dair hesabatını açıqlayıb.

 

APA-nın məlumatına görə, qrupun rəhbəri Edvard Lintner bildirib ki, onlar MSK-nın dəvəti ilə Azərbaycana gəliblər və müşahidə qrupuna 11 üzv daxil olub: “Biz seçki prosesini izləmək üçün seçki məntəqələrini sərbəst şəkildə seçdik. Hesab edirik ki, Azərbaycanda ədalətli və bərabər şərtlər altında seçki prosesi təmin edilib. Seçkilər demokratik keçirilib və heç bir qayda pozuntusu qeyd alınmayıb. Hər hansı zorakılıq, səsverməyə müdaxilə faktı da müşahidə edilməyib. Almaniyalı müşahidəçilər hesab edir ki, 1 noyabr seçkiləri demokratik tələblərə uyğun keçirilib və Azərbaycan bu seçkilərlə növbəti demokratik səviyyəyə addım atıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR