Bank Of Baku

Azər Kərimli seçicilərlə görüşlərini davam etdirir

Azər Kərimli seçicilərlə görüşlərini davam etdirir
# 24 oktyabr 2015 16:11 (UTC +04:00)

Bakı – APA. 112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir.

 

APA-nın məlumatına görə, deputatlığa namizəd rayonun daha 4 kəndində seçicilərlə görüşlər keçirib.

 

A. Kərimlinin bu gün seçicilərlə ilk görüşü Turaclı kəndində baş tutub.

Görüş seçicilərin xüsusi fəallığı ilə müşaiyət olunub. Turaclı sakinləri A. Kərimlinin ötən 5 il ərzində kəndin və seçicilərin problemlərinə diqqətlə və həssaslıqla yanaşdığını, millət vəkili kimi seçicilərin etimadını doğrultduğunu və bu səbəbdən ona səs verəcəklərini bildiriblər.

 

Deputatlığa namizədin növbəti görüşü rayonun Marsan kəndində olub. Görüşdə fəal iştirak edən kənd sakinləri A. Kərimlinin son 5 ildə millət vəkili kimi göstərdiyi fəaliyyətdən razı qaldıqlarını deyiblər. Marsan kəndində əsas problemin içməli su ilə bağlı olduğunu bildirən seçicilər A. Kərimlidən məsələnin müvafiq qurumlar qarşısında qaldırmasını istəyiblər. Deputatlığa namizəd daha öncə olduğu kimi bundan sonra da seçicilərin problemlərinə diqqətlə yanaşacağını, səlahiyyətləri çərçivəsində bu problemlərin həllinə nail olmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Marsan seçiciləri 5 il öncə olduğu kimi yenə də A. Kərimliyə güvəndiklərini və onu dəstəkləyəcəklərini qeyd ediblər.

 

A. Kərimlinin növbəti görüşü Çüdüllü kəndində baş tutub. Burada da seçicilər deputatlığa namizəd A. Kərimlini yüksək ehtiram və qonaqpərvərliklə qarşılayıblar. Kənd sakinləri A. Kərimlinin ötən 5 il ərzindəki fəaliyyətini diqqətlə izlədiklərini və razı qaldıqlarını deyiblər. Seçicilərin Çüdüllü kəndinin yolu və kəndə təbii qazın verilməsi ilə bağlı fikirlərini diqqətlə dinləyən deputatlığa namizəd bu problemlərin həlli üçün müvafiq qurumlara müraciət edəcəyini və daha öncə olduğu kimi onların problemlərinə bundan sonra da diqqətlə yanaşacağını dilə gətirib.

 

A. Kərimli bu gün üçün seçicilərlə sonuncu görüşünü Cəlayir kəndində keçirib. Cəlayir kəndinin sakinləri A. Kərimliyə onların problemlərinə hər zaman diqqətlə yanaşdığı və ona göstərilən etimadı doğrultduğu üçün minnətdarlıqlarını bildiriblər. Cəlayir sakinləri seçkilərdə fəal iştirak edəcəklərini və A. Kərimliyə səs verəcəklərini deyiblər.

 

Bu gün keçirdiyi bütün görüşlərdə ötən 5 il ərzində daim seçicilərlə sıx ünsiyyətdə olduğunu bildirən A. Kərimli Qax rayonunda görülən və bundan sonra görüləcək işlərdən danışıb, seçki platformasının əsas istiqamətlərini seçicilərin diqqətinə çatdırıb, onları maraqlandıran sualları cavablandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR