Bank Of Baku

Azərbaycan məhkəmələrində nümayəndəlik institutunun ləğvi ilə bağlı məsələnin müzakirəyə çıxacağı vaxt məlum olub

Azərbaycan məhkəmələrində nümayəndəlik institutunun ləğvi ilə bağlı məsələnin müzakirəyə çıxacağı vaxt məlum olub
# 23 oktyabr 2017 11:07 (UTC +04:00)

Azərbaycanda nümayəndəlik institutunun ləğvi məsələsi ilə bağlı təxirə düşən layihənin yenidən müzakirəyə çıxarılacağı vaxt məlum olub. APA-nın məlumatına görə, layihə 2018-ci il yaz sessiyasında fevral ayında nəzərdə tutulan plenar iclaslardan birində müzakirəyə çıxarılacaq.

LAyihə də bir sıra düzəlişlər də nəzərdə tutulub. Belə ki. nümayəndəlik institutunun tam ləğv olunması yox, məhkəmələrdə çıxış edəcək nümayəndələrin təmsilçiliyində ixtisas baxımından konkretləşdirilməsi nəzərdə tutulacaq. Eyni zamanda vəkillərin sayının artırılması ilə bağlı görüləcək tədbirlərə yer veriləcək.

Qeyd edək ki, Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər gündəlikdən çıxarılıb. Spiker Oqtay Əsədov buna qanun layihələrinin hazırlanmasındakı çatışmazlığı səbəb göstərib. Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna təklif olunan dəyişiklik nümayəndələrin fəaliyyətinin qadağan olunması  ilə bağlı məsələdir. Ali Məhkəmənin sədri tərəfindən oktyabrın 6-da Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər barədə qanun layihələri təqdim edib. Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR