Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Ağdaşda Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.
APA-nın məlumatına görə, Ağdaşda Bayraq Meydanının inşasına ötən ilin fevralında başlanılıb və bu ilin aprelində sona çatdırılıb.
Bayraq dirəyinin hündürlüyü 52 metrdir. Təbii mərmərlə üzlənmiş postamentin üzərində Azərbaycanın xəritəsi, dövlət himni və gerbi əks olunub. Meydan inşa olunarkən burada Azərbaycan milli memarlıq məktəbinin elementlərindən geniş istifadə edilib.
Bayraq Meydanının ərazisində geniş abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb və müasir işıqlandırma sistemi quraşdırılıb.