Bank Of Baku

Azərbaycan prezidenti Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər barədə sərəncam imzalayıb
# 30 aprel 2014 13:26 (UTC +04:00)

APA-nın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabineti qanunların və prezidentin aktlarının “Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

 

Nazirlər Kabineti həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.
 

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin etməli və Nazirlər Kabinetinə məlumat verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR