Bank Of Baku

Yoxlamaların dayandırılması ilə bağlı qanun layihəsi sabah Milli Məclisdə müzakirəyə çıxarılacaq

Yoxlamaların dayandırılması ilə bağlı qanun layihəsi sabah Milli Məclisdə müzakirəyə çıxarılacaq
# 19 oktyabr 2015 14:47 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Prezident İlham Əliyev tərəfindən sahibkarlıq fəaliyyətində yoxlamaların 2 il müddətinə dayandırılması ilə bağlı Milli Məclisə göndərilən sənəd parlamentə daxil olub.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, “Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması haqqında” qanun layihəsi Milli Məclisin oktyabrın 20-də keçiriləcək IV çağırışdakı son iclasında müzakirəyə çıxarılacaq. İclasın gündəliyinə ümumən 34 məsələ daxildir.

 

Dörd maddədən ibarət qanun layihəsinin 1-ci maddəsində bildirilir ki, sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması noyabrın 1-dən hesablanmaq şərtilə 2 il müddətinə nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR