Dövlət Gömrük Komitəsi (DGK) yanvar-oktyabr ayları üçün neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.
"APA-Economics" DGK-nin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələri əsasında 5 mlrd. 863 mln. 948,04 min dollar dəyərində 16 mln. 977 min 159,44 ton xam neft ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,27% azdır. Məbləğ dəyərində isə bu rəqəm 26,99% çoxdur.
Bu ilin 10 ayında 268 mln. 227,81 min dollar dəyərində 686 min 7,30 ton həcmində neft məhsulları istehsal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 44,73% azdır. Məbləğ dəyərində isə bu rəqəm 14,19% azdır.