Millət vəkili Novruz Aslanov sentyabrın 28-də İsmayıllı rayonunun Yeniyol, Qaraqaya və Qəndov kəndlərində seçicilərini qəbul edib.
Qəbullar hər üç kənddə orta məktəbin binasında təşkil olunub.
Yeniyol kənd sakinləri tərəfindən əsasən elektrik dirəklərinin dəyişdirilməsi, Qaraqaya kəndində təbii qaz və yeni elektrik transformatorunun quraşdırılması, Qəndov kəndində isə nəzərdə tutulmuş modul tipli orta məktəbin inşası barədə müraciətlər edilib.
Deputat bu problemlərin həlli üçün müvafiq qurumlarla müzakirələrin aparılacağını bildirib.
Bir neçə məsələ yerində həll edilib.