Bank Of Baku

Deputatlığa namizəd Cavanşir Feyziyev seçiciləri ilə görüşlərini davam etdirir - FOTO

Deputatlığa namizəd Cavanşir Feyziyev seçiciləri ilə görüşlərini davam etdirir - <span style="color: red;">FOTO
# 19 oktyabr 2015 14:20 (UTC +04:00)

Bakı-APA. Milli Məclisə seçkilərə deputatlığa namizəd, deputat Cavanşir Feyziyevin seçiciləri ilə görüşləri davam edir. 

 

Namizədin Seçki Qərargahından APA-ya verilən məlumata görə, ötən həftənin sonunda 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputatlığa namizəd Cavanşir Feyziyev təbliğat-təşviqat kampaniyasını Qayabaşı, Sarıca, Qaratorpaq və Bolludərə kəndlərinin sakinləri ilə görüşməklə davam etdirib.

 

Görüşlərdə son beş il ərzində ölkədə aparılan quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişaf proqramlarının icrasından və konkret olaraq seçki dairəsində görülmüş işlərdən geniş danışılıb. Seçicilər onları maraqlandıran suallarla deputata müraciətlər edib və Cavanşir Feyziyevlə adıçəkilən yaşayış məntəqələrində bu günədək öz həllini tapmamış sosial-iqtisadi məsələlərin həlli yolları barəsində müzakirələr aparıblar. Deputatlığa namizəd seçiciləri 1 noyabr seçkilərində fəal iştirak etməyə çağırıb. Görüşdə iştirak edən seçicilər növbəti dəfə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Görüş musiqi proqramı ilə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR