Bakı – APA. 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə deputatlığa namizəd Hüseyn Cavadzadə təbliğat kampaniyası çərçivəsində Lənkəran şəhərində Böyük və Kiçik bazar ərazisi, Hərbi şəhərcik, Şəhidlər Xiyabanı ərazisində gün ərzində 7 görüş həyata keçirib. APA-nın məlumatına görə, görüş çərçivəsində Hüseyn Cavadzadə əhalinin xüsusilə gənc nəslin sosial – iqtisadi, təhsil problemləri ilə maraqlanıb. Tədbirdə iştirak edən Lənkəran sakinləri yekdilliklə 5-ci çağırış seçkilərinə qatılacaqlarını və Milli Məclisdə onların səsi olacaq Hüseyn Cavadzadəni sona qədər dəstəklədiklərini bəyan ediblər.
Hüseyn Cavadzadə isə çıxışında bunları deyib: “Əziz ağsaqqallar, dəyərli gənclərimiz , ulu öndər Heydər Əliyevin söylədiyi kimi “Hakimiyyətin mənbəyi xalqdır” və biz bu seçkilərdə dövlətimizin siyasi kursuna sadiq qalaraq xalqa güvənirik və mən əmin edirəm ki, parlamentdə sizin səsiniz olacağam”.
Qeyd olunub ki, “O səs Lənkəran üçün” devizi altında təşviqat kampaniyasına başlayan gənc namizəd, bütün ictimai rəy sorğularında birincidir.