Bakı – APA. Bu gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülmüş Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı rayonun Xıdırlı və Kürsəngi kəndlərində seçicilərlə növbəti görüşünü keçirib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, çoxsaylı seçicinin iştirakı ilə keçirilən görüşü F. Ağamalının səlahiyyətli nümayəndəsi Əbülfət Bədəlov açaraq seçicilərə namizədin fəaliyyəti barədə ətraflı məlumat verib.
Görüşdə vurğulanıb ki, F. Ağamalı Milli Məclisin deputatı kimi fəaliyyət göstərdiyi müddət ərzində qanunvericilik aktlarının qəbulunda hər zaman öz fəallığı ilə seçilib, eyni zamanda seçiciləri tərəfindən qaldırılmış problemlərin müsbət həlli istiqamətində səylərini əsirgəməyib.
Görüş iştirakçıları prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətini yüksək qiymətləndirdiklərini bildiriblər və hər zaman ölkə prezidenti ilə bərabər olduqlarını söyləyərək, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.
Kənd ağsaqqallarından Hacı Şəmsi Məmmədov, Babaxan İmanov, Əbdülxaliq Məmmədov, kənd ziyalıları Hümmət Qəribov, Adil Abdullayev, iş adamı İldırım Babayev, təqaüdçü Fəxrəddin Fərzəliyev, kənd sakini İsaxan İmanov çıxış edərərək seçiciləri Milli Məclisə seçkilərə gəlməyə və F. Ağamalıya səs verməyə çağırıblar.
Görüşdə çıxış edən seçicilər Xıdırlı kəndində idman zalının inşası, elektrik və qaz problemlərinin həlli, Kürsəngi kəndində isə mövcud olan orta məktəbin təmiri və uşaq baxçasının açılması ilə bağlı məsələ qaldırıblar.
F. Ağamalı noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə mandat qazanarsa, sözügedən problemlərin həlli üçün müvafiq qurumlar qarşısında məsələ qaldıracağını və həmin problemlərin həllinə çalışacağını seçicilərin diqqətinə çatdırıb.
Görüşdə F.Ağamalının vəkilləri – Qulu Novruzov və Xidmət Orucov iştirak ediblər.
Görüşdən sonra F. Ağamalı Salyanın Qaraçala ərazisində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib.
Fəzail Ağamalı seçicilərlə görüşlərini davam etdirir - FOTO
Daxili siyasət
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Prezident Administrasiyasında dekabr ayı üzrə vətəndaşların qəbul cədvəli açıqlanıb
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Məzahir Pənahov Antalya Beynəlxalq Seçki Forumunda Azərbaycanın seçki praktikası barədə çıxış edib
Xəbər Lenti
UEFA Konfrans Liqasında IV turun oyunları keçirilib - NƏTİCƏLƏR
Avropa Liqası: “Milan” səfərdə, “Yuventus” evdə qalib gəlib
İraqda neft qaçaqmalçılığına görə yüksək vəzifəli şəxslər işdən çıxarılacaq
Merz: Aİ liderləri növbəti yeddiillik büdcə ilə bağlı razılığa gələ bilməyiblər
ABŞ-da fırtına səbəbindən 1400-dən çox aviareys təxirə salınıb və ya ləğv edilib
Britaniya sualtı qayıqların texniki xidmətinə rekord məbləğdə vəsait ayırıb
Rumıniya Almaniyadan ölkə ərazisində hərbi kontingent yerləşdirməyi istəyib
UEFA Avropa Liqası: “Beşiktaş” İsrail klubunu məğlub edib
Meksika “SpaceX” şirkətinə qarşı sanksiyalar tətbiq edə bilər
Naxçıvanda baş verən qəza nəticəsində xəsarət alanların vəziyəti açıqlanıb - FOTO - YENİLƏNİB
Almaniyada kilsə cinsi zorakılıq qurbanına rekord məbləğdə təzminat ödəyəcək
“Beşiktaş” Gürcüstanda azarkeşlərə qarşı güc tətbiq edilməsini qınayıb
Ərdoğan “Beşiktaş”ın prezidenti ilə telefonla danışıb
Türkiyə XİN: Batumidəki vətəndaşlarımızın vəziyyəti yaxından izlənilir
AEBA Rusiya və Ukrayna ilə Zaporojye AES ətrafında atəşkəs barədə danışıqlar aparır
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - VİDEO - YENİLƏNİB
Mətbuat Şurası dezinformasiya və manipulyasiyalarla bağlı bəyanat yayıb - FOTO
Ermənistan Prezidenti ölkənin Baş Qərargah rəisinin müavinini vəzifəsindən azad edib
Tramp ABŞ-da ÜDM-in artım göstəricilərinin qəsdən aşağı salındığını iddia edib
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Şamaxı-Ağsu sərhədində zəlzələ olub
Tovuzda avtomobil iki qadını vurub
Əraqçi: Sanksiyaların səmərəsizliyini sübut etmək danışıqlardan daha vacibdir
İran Küveytin hücumla bağlı ittihamlarını təkzib edib
Bakıda ikimərtəbəli yaşayış evində yanğın olub
Əraqçi: Qətər və Pakistan vasitəçilik səylərini davam etdirir
Britaniya Soyuq müharibədən sonra ilk dəfə 100 min veteranı hərbi xidmətə qayıdış ehtimalı ilə bağlı xəbərdar edib
Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü” təşəbbüsü çərçivəsində komitələr yaradılır
AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan və Aİ Ümumi Aviasiya Məkanı haqqında Sazişin yekunlaşdırılması istiqamətində səyləri artıracaq
Tramp və Rutte Rusiyanı Ukraynada müharibəni genişləndirə biləcək addımlardan çəkinməyə çağırıblar
Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” istifadəyə verilib
Gürcüstan XİN Avropa Parlamentinin qətnaməsinə etiraz edib
İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
ABŞ-da qasırğalar səbəbilə 360-dan çox aviareys ləğv edilib
AZAL 2025-ci il üzrə illik hesabatını təqdim edib
ADY Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımalarının bərpası məsələsinə aydınlıq gətirib
Yardımlı İcra Hakimiyyətində keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb
Alen Simonyan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb
Marqus Tsaxna Azərbaycana gəlir, sabah Bakıda Estoniya səfirliyinin rəsmi açılışı olacaq
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb
Rabitəbankdan möhtəşəm “Green Friday” fürsəti: 5 gün alış-veriş, 18 ay komissiyasız taksit
FIFA kiberhücuma məruz qalıb, xakerlər şəxsi və iş məlumatlarına giriş əldə ediblər
Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib
Azərbaycanın neft məhsullarının ixracından gəlirləri iki dəfə artıb
Azərbaycan bu il 10-dan çox ölkəyə 12 mlrd. dollarlıq neft ixrac edib - SİYAHI
Azərbaycan dili dərsliklərində xarici mətnlərin uyğunlaşdırılmasının plagiat olması ilə bağlı fikirlərə münasibət bildirilib
MKA "1Password" platformasına hücum fonunda saxta bərpa və dəvət e-poçtlarına qarşı xəbərdarlıq edir
Bakıda yaşayış binasında yanğın olub - FOTO
Krım yarımadası işıqsız qalıb