Bank Of Baku

Kaxa Kaladze Tbilisidə yaşayan azərbaycanlılarla görüşüb

Kaxa Kaladze Tbilisidə yaşayan azərbaycanlılarla görüşüb
# 07 oktyabr 2017 21:44 (UTC +04:00)

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının Tbilisi meri vəzifəsinə namizədi Kaxa Kaladze şəhərdə yaşayan milli azlıqların nümayəndələri ilə görüşərək onları “Tbilisoba” bayramı münasibətilə təbrik edib.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, paytaxtın azərbaycanlı, erməni və yəhudi sakinləri ilə görüşdə K.Kaladze Tbilisinin gələcək inkişafı ilə bağlı layihələrdən danışıb.

 

“Tbilisi digər şəhərlərdən çox fərqlənir. Belə ki, şəhərdə milli azlıqlar harmoniyada yaşayırlar. Burada insanlardan milliyyətini soruşmurlar. Biz şəhəri birgə qururuq”, - deyə o söyləyib. 

 

K.Kaladzenin Tbilisidə yaşayan azərbaycanlılarla görüşündə Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, parlament əksəriyyətinin lideri Arçil Talakvadze də iştirak edib. Görüşdə K.Kaladzeyə Quran kitabı hədiyyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR