Bank Of Baku

Leonid Slutski: “Azәbaycan xalqının azad, demokratik seçki iradәsini alqışlayırıq”

Leonid Slutski: “Azәbaycan xalqının azad, demokratik seçki iradәsini alqışlayırıq”
# 02 noyabr 2015 07:43 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova – APA. “Azərbaycanda keçirilmiş parlament seçkilərində bütün seçki praktikası prinsiplәrinә әmәl olunub. Biz insanlarla, müşahidәçilәrlә danışdıq. Kim ki neqativlәri toplamaq istәyirdi, fiaskoya uğradı”.

 

APA-nın xəbərinə görə, bu sözləri MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının rəhbəri Leonid Slutski deyib. O, seçkiləri mükәmmәl adlandırıb: “ATӘT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azәrbaycanda keçirilәn seçkilәri izlәmәkdәn imtina etdi. Mәnim fikrimcә, buna sәbәb odur ki, bu tәşkilatın neqativlәri toplaması mümkün olmayacaqdı. Buna görә dә onlar etirazlarını bu şәkildә ifadә etdilәr. Bu, elә özünü ifşa etmәkdir. Biz bütün sәviyyәlәrdә seçki komissyalarının sәylәrini dәstәklәyirik. Azәbaycan xalqının azad, demokratik seçki iradәsini alqışlayırıq. Әvvәlki seçkilәrlә müqayisәdә daha yüksәk aktivlik müşahidә olundu”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR