Bank Of Baku

MDB müşahidə missiyasının rəhbəri Leonid Slutskinin Azərbaycana səfər proqramı açıqlanıb

MDB müşahidə missiyasının rəhbəri Leonid Slutskinin Azərbaycana səfər proqramı açıqlanıb
# 28 oktyabr 2015 09:57 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə edəcək MDB parlamentlərarası missiyasının rəhbəri, Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasından olan deputatı Leonid Slutsikinin səfər proqramı açıqlanıb.

 

Rusiya Dövlət Dumasından APA-nın Moskva müxbirinə verilən məlumata görə, L. Slutskinin rəhbərlik etdiyi missiya oktyabrın 30-da Azərbaycana gələcək. Qonaqlar Mərkəzi Seçki Komissiyasında görüşlər keçirəcək. Missiyanın Milli Məclisdə təmsil olunan partiyalar, parlament qruplarının rəhbər və nümayəndələri ilə görüşləri də nəzərdə tutulub. 
 

Noyabrın 2-də missiyanın rəhbəri müşahidənin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək. 
 

Qeyd edək ki, L. Slutskinin rəhbərlik etdiyi MDB parlamentlərarası müşahidə missiyasına Rusiya Dövlət Dumasının 30-dək deputatı və onlara yardım edəcək ekspertlər daxildir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR