Bakı – APA. “Seçkilər Azərbaycan qanunvericiliyinə uyğun keçirilir. Heç bir ciddi qanun pozuntusu aşkarlanmayıb”.
APA-nın məlumatına görə, bunu 36 saylı Xətai 4-cü seçki dairəsinin 6 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən MDB müşahidəçilər missiyasının nümayəndəsi Artem Barkov deyib.
“Hazırda 36 saylı seçki dairəsi üzrə seçki prosesini izləyirik. Artıq 6 seçki məntəqəsində olmuşuq. Heç bir ciddi qanun pozuntusu aşkarlanmayıb. Ümumilikdə, seçkinin təşkilatçılığı yüksək səviyyədədir. Bundan sonra da müşahidəni davam etdirəcəyik”, - deyə A. Barkov qeyd edib.
MDB müşahidəçilər missiyasının digər nümayəndəsi Dmitriy Sokolov da seçki prosesindən razılığını bildirib: “Biz bir neçə seçki məntəqəsində olmuşuq. Hər şey yaxşıdır. Günün sonuna qədər 10 seçki məntəqəsində müşahidələrimizi davam etdirəcəyik”.