Milli Məclisin deputatı Novruz Aslanov fevralın 15-də növbəti dəfə İsmayıllı rayonuna səfər edərək seçicilərini qəbul edib.
Qəbul deputatın İsmayıllı şəhərində yerləşən ofisində baş tutub.
Qəbula gələn sakinlər əsasən şəxsi məişət problemləri və sosial yönümlü problemlərlə bağlı deputata müraciət ediblər.
Bəzi məsələlər yerindəcə həll edib, həlli zaman tələb edən digər məsələlərlə bağlı deputat əlaqədar qurumlara rəsmi müraciətlərin ediləcəyini bildirib.