Bank Of Baku

Milli Məclisdə 2018-ci ilin büdcə zərfinin müzakirəsi davam edir

Milli Məclisdə 2018-ci ilin büdcə zərfinin müzakirəsi davam edir
# 22 noyabr 2017 09:02 (UTC +04:00)

Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi davam edir.

 

APA-nın məlumatına görə, iclası spiker Oqtay Əsədov açıq elan edib.

 

Hökumət üzvlərinin də iştirak etdiyi iclasda Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi, 2018-ci il üçün ehtiyac meyarının həddi, 2018-ci il üçün yaşayış minimumu haqqında, o cümlədən Milli Məclis və Hesablama Palatasının 2018-ci il üçün xərclər smetaları, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Sığorta fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Poçt haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihələri müzakirə ediləcək.

 

Plenar iclasın yekununda 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin təsdiq ediləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR