Milli Məclisin növbəti plenar iclası başlayıb.
APA-nın məlumatına görə, iclasa sədrlik edən spiker Oqtay Əsədov öncə Ağsaqallar Şurasının sədri, deputat Fəttah Heydərovu yubileyi münasibətilə parlament adından təbrik edib: “Cənab prezident Fəttah müəllimi "İstiqalal" ordeni ilə təltif etdi. Bununla da, onun əmək fəaliyyətinə ən yüksək səviyyədə qiymət verildi”.
Daha sonra spiker gündəliyi elan edib.
İclasın gündəliyinə 19 məsələ daxildir.