Bank Of Baku

Bakı polisi: Mitinqdə 1200 nəfər iştirak edib - YENİLƏNİB-1

Bakı polisi: Mitinqdə 1200 nəfər iştirak edib - <span style="color: red;">YENİLƏNİB-1
# 07 oktyabr 2017 15:03 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsi  bu gün keçirilən aksiya ilə bağlı məlumat yayıb.

 

İdarədən APA-ya bildirilib ki, oktyabrın 7-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. 

 

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA”  hərəkatlarının və  müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatının ümumi sayı 1 200  (min iki yüz)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

 

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

 

***

 

17.00

 

Bakıda Milli Şuranın şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

 

APA-nın xəbərinə görə, aksiyada Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və başqaları çıxış edib.

 

Aksiyada bu dəfə sentyabrın 23-dəki aksiyadan daha az üzv iştirak etdiyi müşahidə olunub.

 

Aksiya insidentsiz başa çatıb.

 

 

***

15:38

Bakıda Milli Şuranın şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilir.

 

APA-nın xəbərinə görə, aksiyanın təhlükəsizliyi Bakı polisi tərəfindən təmin olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR