Bank Of Baku

Nazir: “Dövlət idarəetməsində islahatlar nəticəsində 17 milyon manatdan çox vəsaitə qənaət olunub”

Nazir: “Dövlət idarəetməsində islahatlar nəticəsində 17 milyon manatdan çox vəsaitə qənaət olunub”
# 22 noyabr 2017 14:42 (UTC +04:00)

“Azərbaycanda dövlət idarəetməsi xərclərinin yüksək olması ilə bağlı fikirlərlə razı deyiləm”.

 

APA-Economics”in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkillərinin irəli sürdüyü təklif və iradlara cavab verərkən deyib.

 

Onun sözlərinə görə, dövlət idarəetməsi xərclərinə konkret rəqəmlər əsasında baxılmalıdır: “Bu məsələdə faiz əsasında baxılması mümkün deyil. Bu məsələyə faizlə baxılması ədalətli deyil. Bununla yanaşı, prezident İlham Əliyevin tapşırığı ilə 2017-ci ildə islahat xarakterli tədbirlər görülüb. Bunun nəticəsində dövlət 17 milyon manatdan yuxarı vəsaitə qənaət edib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR