Bank Of Baku

Prezident nümayəndəlik fəaliyyəti ilə bağlı dəyişiklikləri təsdiqləyib

Prezident nümayəndəlik fəaliyyəti ilə bağlı dəyişiklikləri təsdiqləyib
# 07 noyabr 2017 20:39 (UTC +04:00)

Prezident İlham Əliyev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklikləri təsdiqləyib.

 

APA-nın məlumatına görə, dəyişikliklə məhkəmə proseslərində  nümayəndəlik institutu vəkillik institutu ilə əvəzlənib.

 

Dəyişikliklərə əsasən, fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə veriləcək. Belə ki, Mülki Prosessual Məcəlləyə edilən dəyişikliyə əsasən “fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər".   Kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

 

Dəyişikliklər 2018-ci il, yanvarın 1-dən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR