Bank Of Baku

Prezident seçkiləri ilə əlaqədar 5 347 803 bildiriş çap olunacaq

Prezident seçkiləri ilə əlaqədar 5 347 803 bildiriş çap olunacaq
# 02 mart 2018 13:51 (UTC +04:00)

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. 
 
APA-nın məlumatına görə, iclasda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası müzakirə edilib. 

MSK katibi Arifə Muxtarova bildirib ki, Seçki Məcəlləsinə əsasən seçicilərin sayından 3 faiz artıq,  5 milyon 347 min 803  ədəd bildiriş çap olunacaq. 

 

MSK-nın iclasında prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənmiş Tural Abbaslının səlahiyyətli nümayəndələri qeydə alınıb, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR