"Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasına 6 müraciət daxil olub".
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
M. Pənahov qeyd edib ki, bütün müraciətlərə müsbət cavab verilib: "Biz çalışırıq ki, müşahidə aparmaq arzusunda olan insanlara şərait yaradaq. Çünki müşahidəçilər nə qədər çox olsa, bu, seçkilərin daha şəffaf keçirilməsi üçün əhəmiyyətlidir”.