Bank Of Baku

Rafael Cəbrayılov seçicilərlə görüşlərini davam etdirir

Rafael Cəbrayılov seçicilərlə görüşlərini davam etdirir
# 24 oktyabr 2015 13:38 (UTC +04:00)

Bakı – APA. 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov seçicilərlə görüşlərini davam etdirir. 

 

Deputatlığa namizədin seçki qərargahının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Cəbrayılov seçki qərargahının tərtib etdiyi qrafikə uyğun olaraq Şirvan şəhəri, S. Zeynalov küçəsinin sakinləri ilə görüşüb.
 

Görüşdə seçkinin əhəmiyyətindən danışan R. Cəbrayılov şirvanlıları 1 noyabr Milli Məclisə keçiriləcək seçkilərdə fəal iştirak etməyə çağırıb.

 

Seçicilər çıxış edərək R. Cəbrayılovun platforması ilə tanış olduqlarını, respublika və Şirvan şəhəri üçün əhəmiyyətli məsələlərin həmin platformada əks olunduğunu bildiriblər. Onlar qeyd ediblər ki, 1 noyabr tarixində səs verərək R. Cəbrayılovun deputat seçilməsini təmin edəcəklər.
 

R. Cəbrayılov isə deputat seçiləcəyi halda səlahiyyətləri çərçivəsində yaranmış problemlərin həlli üçün fəaliyyət istiqamətini quracağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR