Bank Of Baku

Rafael Cəbrayılov seçicilərlə növbəti görüşünü keçirib - FOTOSESSİYA

Rafael Cəbrayılov seçicilərlə növbəti görüşünü keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 23 oktyabr 2015 12:47 (UTC +04:00)

Bakı-APA. 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı Rafael Cəbrayılovun Şirvan şəhər sakinləri ilə növbəti görüşü “Şirvan” kinoteatrında baş tutub.


Namizədin seçki qərargahından APA-ya bildirilib ki, 510 nəfərdən ibarət seçicinin iştirakı ilə keçirilən görüşdə izdiham yaşanıb. Görüşdə namizədlə yanaşı, vəkillərindən Dürsədəf Babayeva, Gülağa Mürsəlov və Dilarə Əliyeva də iştirak edib.


Vəkilləri Rafael Cəbrayılov haqqında xoş xatirələrdən danışıblar və seçki platformasından bəhs ediblər, şirvanlı olaraq şirvanlıya dəstək olmağa səsləyiblər.


Rafael Cəbrayılov seçiciləri səmimiyyətlə salamlayıb, çıxış edən vəkillərinə və zalda yaşanan izdihama görə bütün seçicilərə minnətdarlığını bildirib. O, Şirvanda böyüyən bir insan kimi Şirvan şəhərinin və daima şirvanlıların yanında olduğunun deyib. Hər kəsi seçkiyə dəvət edən namizəd layiqli namizədin seçiləcəyinə əmin olduğunu bildirib.
Rafael Cəbrayılov haqqında ürək dolusu danışan şəhər sakinləri onun daima xalqın qeydinə qaldığını, Binəqədinin deputatı olduğu müddətdə də hər zaman şirvanlılara qarşı xüsusi həssaslıq göstərdiyini vurğulayıblar.

 

Bütün şirvanlılar Rafael Cəbrayılova səs verməklə ona etimad göstərəcəklərini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR