Bank Of Baku

Rafael Cəbrayılov seçicilərlə növbəti görüş keçirib - FOTO

Rafael Cəbrayılov seçicilərlə növbəti görüş keçirib - <span style="color: red;">FOTO
# 22 oktyabr 2015 14:27 (UTC +04:00)

Bakı - APA. Milli Məclisə keçiriləcək seçkilərə 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov Şirvan seçicilərlə görüşlərini davam etdirir.

 

Namizədin seçki qərargahından APA-ya verilən məlumata görə, əsasən seçicilərin təklifi ilə müəyyənləşdirilən görüş qrafikinə uyğun olaraq namizəd bu gün Şirvan şəhər Bayramlı qəsəbəsinin sakinləri ilə görüşüb. R. Cəbrayılov seçicilərlə görüşdən məmnunluğunu bildirərək, təbliğat kampaniyasında aktiv iştirak etdikləri üçün bütün seçicilərə təşəkkür edib. O qeyd edib ki, bu fəaalığı 1 noyabr tarixində də  nümayiş etdirərək layiqli namizədin Şirvanı təmsil etməsinə dəstək olmaq lazımdır.

 

Çıxış edən sakinlər təbliğat kampaniyası çərçivəsində Rafael Cəbrayılovun Şirvan şəhərinin bütün küçə və qəsəbələrində sakinlərlə görüşlərinin təşkil olunmasını yüksək qiymətləndiriblər. Onlar hər zaman xalqın yanında olan namizədə dəstək verdiklərini və 1 noyabrda səs verməklə Rafael Cəbrayılovun  Şirvanda rəqibsiz namizəd olduğunu sübüt edəcəklərini bildiriblər.

 

R. Cəbrayılovun  növbəti görüşü  23.10.2015-ci il saat 12:00-da “Şirvan” kinoteatrında olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR