Aprelin 11-nə təyin edilmiş prezident seçki ilə əlaqədar səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından (MSK) dairə seçki komissiyalarına (DSK) verilməsi üçün ayrılan müddət sabah başa çatır.
APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən səsvermə vəsiqəsi səsvermə gününə azı 45 gün qalanadək MSK-dan DSK-lara verilməlidir.
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət fevralın 25-dək olan dövr əhatə edir.
DSK-lar isə səsvermə vəsiqəsini səsvermə gününə azı 25 gün qalanadək məntəqə seçki komissiyalarına verməlidir. Prezident seçkiləri ilə əlaqədar bu müddət martın 17-dək olan dövrü əhatə edir. Seçicilərə müvafiq DSK tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi fevralın 25-dən martın 17-dən olan müddətdə, müvafiq məntəqə seçki komissiyası tərəfindən seçicilərə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi isə martın 18-dən aprelin 8-dək başa çatmalıdır.