Bank Of Baku

Sabah seçkilərə əlaqədar bildirişlərin seçicilərə paylanması prosesi başa çatacaq

Sabah seçkilərə əlaqədar bildirişlərin seçicilərə paylanması prosesi başa çatacaq
# 23 oktyabr 2015 06:13 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Sabah Azərbaycan Milli Məclisinə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması prosesi başa çatacaq. 

 

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”na əsasən məntəqə seçki komissiyaları səsvermə gününə 7 gün qalanadək bildirişlərin seçicilərə paylanması prosesini başa çatdırmalıdır.
 
Milli Məclisə seçkilərlə əlaqədar bu proses oktyabrın 25-dək olan dövrü əhatə edir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR