Bank Of Baku

Sabahdan prezidentliyə namizədin qeydə alınması üçün seçki sənədləri MSK-ya təqdim edilə bilər

Sabahdan prezidentliyə namizədin qeydə alınması üçün seçki sənədləri MSK-ya təqdim edilə bilər
# 19 fevral 2018 07:13 (UTC +04:00)

Sabahdan prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilərlər.

 

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən, prezidentliyə namizəd, siyasi - partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-da prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim etməlidir.

 

Aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət fevralın 20-dən martın 12-si saat 18.00-dək olan dövrü əhatə edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR