Azərbaycanda seçicilərin sayı ötən illə müqayisədə 0,6 faiz, yəni 28792 nəfər artıb.
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov bildirib.
N. Məmmədov seçici siyahılarının martın 3-dək dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları tərəfindən ictimailəşdiriləcəyini, MSK-nın saytında yerləşdiriləcəyini deyib.