Bank Of Baku

Seçicilər Jalə Əliyevaya səs verəcəklərini bildiriblər - FOTOSESSİYA

Seçicilər Jalə Əliyevaya səs verəcəklərini bildiriblər - <span style="color: red;">FOTOSESSİYA
# 28 oktyabr 2015 12:49 (UTC +04:00)

Bakı - APA. Milli Məclisə keçirilən seçkilərdə 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd Jalə Əliyeva seçicilərlə görüşlərini davam etdirir.

 

Namizədin seçki qərargahından APA-ya verilən məlumata görə, J. Əliyeva növbəti görüşlərini Ucar rayonunun Lək, Xələc və Bərgüşad kəndlərindən olan seçicilərlə keçirib. Seçicilər tərəfindən böyük coşğu ilə qarşılanan J. Əliyeva çıxış edərək prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, qazandığı siyasi və iqtisadi uğurlar, bütün ölkədə, eləcə də 92 saylı seçki dairəsi ərazisində dövlət tərəfindən həyata keçirilmiş böyük işlər barədə danışıb. Namizəd qeyd edib ki, Lək və Xələc kəndlərinin qazlaşdırılması artıq başa çatıb, bu kəndlərdə yeni məktəblər tikilib, yollar təmir olunub.

 

J. Əliyeva məlumat verib ki, Lək, Xələc kəndlərinin su probleminin həlli məqsədilə su qurğularının quraşdırılması üçün müvafiq qurumlara müraciət edib. Daha sonra çıxış edən seçicilər dövlətin ucarlılara göstərdiyi yüksək diqqət və qayğıdan razılıq ediblər. Kənd sakinləri onları Milli Məclisdə təmsil edən Jalə Əliyevanın daim seçiciləri ilə bir yerdə olduğunu, onları narahat edən məsələləri müvafiq qurumlar qarşısında qaldırdığını bildirərək, deputatın fəaliyyətini yüksək qiymətləndiriblər. J. Əliyevanın deputatlıq fəaliyyətini əks etdirən video-çarx seçicilər tərəfindən maraq və təqdirlə qarşılanıb.

 

Bərgüşad kəndində keçirilən görüş də möhtəşəm keçib. Görüşdə çıxış edən seçicilər bildiriblər ki, onların J. Əliyevaya etdikləri müraicətlər və millət vəkilinin bu problemləri müvafiq qurumlar qarşısında dəfələrlə qaldırması nəticəsində kəndin bərbad durumda olan yolları 2008-ci ildə əsaslı təmir olunub. Kənd sakinləri qeyd ediblər ki, Jalə Əliyevanın Bərgüşad kəndinin qazla təmin olunması ilə bağlı məsələni dəfələrlə Milli Məclisin gündəliyinə çıxarması nəticəsində artıq kəndə qaz xətti çəkilməkdədir. Kənd ağsaqallı Səməd Alıyev, müəllimə İlahə Süleymanova Jalə Əliyevanın deputatlıq fəaliyyətini təqdir etdiklərini, onun öz seçicilərini Milli Məclisdə ləyaqətlə təmsil etdiyini bildiriblər. Natiqlər Jalə Əliyevanın yalnız millət vəkili kimi deyil, bir ziyalı və alim kimi daim Azərbaycanın inkişafı naminə çalışdığını qeyd ediblər. Onlar belə bir millət vəkilləri olduğu üçün fəxr etdiklərini və ona etimadlarının tam olduğunu vurğulayıblar.

 

Jalə Əliyeva seçicilər qarşısında çıxış edərək bildirib ki, Azərbaycanın bütün bölgələrində müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf birbaşa prezident İlham Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, bir millət vəkili kimi müvafiq qurumlarla aparılan sıx danışıqların yekunu olaraq Lək, Xələc və Bərgüşad kəndlərində yeni bağçanın tikilməsi, mədəniyyət klubunun təmir və tikintisi, təqaüdçülərin işinin asanlanlaşdırılması üçün bankomatların quraşdırılması, Zərdab-Ucar yolunun əsaslı təmiri Nazirlər Kabinetinin 2015-ci il hesabatına daxil edilib və yaxın zamanlarda bu işlərə başlanacaq.

 

Seçicilər Jalə Əliyevanın millət vəkili kimi fəaliyyətinin nümunəvi olduğunu və 1 noyabr seçkilərində onu dəstəkləyəcəyini qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR