APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Rusiya İctimai Palatasının üzvü Sergey Markov deyib.
O qeyd edib ki, beynəlxalq müşahidəçilərin, xüsusi ilə DTİHB-nin rolunu şişirtmək lazım deyil.
Rusiya müşahidə missiyasının digər üzvü, “Vahid Rusiya” fraksiyasının üzvü Aleksandr Sidyakin isə bəyan edib ki, ölkədə qeyri-demokratik seçkilərin keçirildiyini iddia edən ABŞ və onun vassallarının tənqidinə fikir vermək lazım deyil.
“Mən ilk dəfə Azərbaycana gəlmişəm və bu üzdən buradakı seçkiləri digər ölkələrdə keçirilən seçkilərlə müqayisə edə bilmirəm. Azərbaycan barədə internetdən müəyyən informasiya əldə etdim. Onu deyə bilərəm ki, dövlətin siyasəti xalqın rifahının yüksəlməsinə yönəlib. Seçki prosesində beynəlxalq qətnamələrdə əks olunun insan haqlarına riayət edilib”, - deyə o vurğulayıb.