Bank Of Baku

Yasamalda Dövlət Bayrağı günü qeyd olunub

Yasamalda Dövlət Bayrağı günü qeyd olunub
# 08 noyabr 2017 12:12 (UTC +04:00)

Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir” mövzusunda tədbir keçirilib.

 

APA-nın məlumatına görə, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxış edərək bildirib ki, üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası istiqamətində ilk təşəbbüs ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir: "1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli liderin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, onun muxtar respublikanın bayrağı kimi qəbul olunması haqqında qərarı müstəqillik tariximizin şanlı səhifələrindən biridir".

 

Prezident İlham Əliyevin bayrağımızın uca tutulması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Təravət Muradova  bildirib ki, ölkə başçısının 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalaması, 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının açılış mərasimində iştirak etməsi dövlət başçısının Azərbaycanın rəmzlərinə və atributlarına nə qədər hörmətlə yanaşmasının və dəyər verməsinin əyani sübutudur: "Belə ki, hər il  noyabrın 9-u respublikamızda böyük fəxarət hissi ilə Dövlət Bayrağı günü kimi qeyd olunur".

 

Digər natiqlər də bayrağın və bayraq gününün əhəmiyyətindən söhbət açıblar.

 

Sonda Dövlət Bayrağı gününə həsr olunmuş filmin nümayişi və Dövlət İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin rəqs kollektivinin ifasında konsert olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR